İlham Əliyev Ağdaşda bir sıra sosial layihələrin açılışında iştirak edib

16:24 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Səfər çərçivəsində Prezident , rayonda bir neçə sosial layihələrin açılışında iştirak edib.

Belə ki, Prezident İlham Əliyev  Ağdaşda Biyan Sənaye Parkının açılış mərasimində iştirak edib.

Digər sosial layihə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.

Həmçinin Prezident Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilməsində iştirak edib.

 


Bütün xəbərlər