Ağdaşda yeni məktəbin tikintisi üçün bir milyon manat ayrıldı

15:15 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev  Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrıldı.

 

Bütün xəbərlər