Burada istirahət edənləri dövlət sığortalayacaq – Tender elan olunub

15:31 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin dövlət büdcəsi hesabına sığortalanmasının satın alınması ilə əlaqədar açıq tender elan edib.

ABC.AZ xəbər verir ki, iddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 yanvar 2020-ci il  tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 yanvar 2020-ci il tarixində açılacaq. 

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzini  2017-2018-ci il qış mövsümündə 120 000-dən çox turist ziyarət edib. Yay mövsümündə isə mərkəzi 30 mindən çox turist ziyarət edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər