330x100
 

Bakı Nəqliyyat Agentliyi tender elan edir

31.01.2020,11:01


31 yanvar, Fineko/abc.az. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri  05.03.2020 12:00 qədər , tender təklifini və  bank təminatını isə 16.03.2020 12:00 qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 17.03.2020 12:00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Tural Mahmudov

Telefon: (994 12) 404 41 20 (2185)

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 111