Prezident Kürdəmirdə bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib

14:44 - 12.02.2020


12 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib.

İlk olaraq dövlət başçısı Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Daha sonra Prezident Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatında, “ASAN xidmət” mərkəzinin və “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışında iştirak edib.

 

 

Bütün xəbərlər