Prezident Goranboyda bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib

16:33 - 3.03.2020


3 mart, Fineko/abc.az. Prezident İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edib.

İlk olaraq dövlət başçısı Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Daha sonra Prezident  Goranboy Rayon Mərkəzi Xəstəxanasının və “Azərxalça” ASC-nin Goranboy filialının açılışını edib.

 

Bütün xəbərlər