330x110
 

İlham Əliyev koronavirusdan danışdı - Ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır

18.03.2020,15:07


18 mart, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Prezident  Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

ABC.AZ xəbır verir ki, Prezident İlham Əliyev nəqliyyat sahəsində işləri müsbət qiymətləndirib, eyni zamanda dəmiryol vaqonlarının dezinfeksiyasına böyük diqqət yetirilməsini tapşırıb. Prezident qeyd edib ki, indiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır.

Onun sözlərinə görə, bu sahəyə çox böyük diqqət göstərilməlidir: "Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır".