Azərbaycanda Xüsusi karantin rejimi gücləndirildi- Nazirlər Kabineti

21:09 - 27.03.2020


 27 mart, Fineko/abc.az. Azərbaycanda Xüsusi karantin rejimi 29 mart saat 00:00-dan etibarən gücləndiriləcək.

ABC.AZ- Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xəbər verir ki, Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılılacaq.

Qeyd olunur ki, Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən ediləcək.

Ticarət obyektləri üzrə Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə veriləcək.

İctimai iaşə obyektləri üzrə Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə veriəcək.

Əhalinin  hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılacaq.

 

Bütün xəbərlər