Azərbaycana yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışlar bağlandı – Rəsmi

21:00 - 4.04.2020


4 aprel, Fineko/abc.az.  Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla,  Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının tez aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi və bu istiqamətdə görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Bütün xəbərlər