330x110
 

Azərbaycanda daha 38 nəfər koronavirus infeksiyasından sağalıb – Rəsmi

09.04.2020,16:55


9 aprel, Fineko/abc.az.  Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, hazırda ölkədə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 101 nəfəri müalicə olunaraq sağalmış, 9 nəfər vəfat etmiş, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.