Rusiyadakı vətəndaşlarımızın Bakıya gətirilmə detalları bilindi - Açıqlama

17:47 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Rusiyada yaşayan Azərbaycan vətəndaşları “Evegedirem” portalında qeydiyyatdan keçdikdən sonra növbəlilik əsasında onların ölkəyə gətirilməsi təmin ediləcək.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, 200-400 vətəndaşın mərhələli şəkildə gətirilməsi planlaşdırılır: "İlk 5 gün qeydiyyatlar qəbul ediləcək, sonra qeydiyyat bağlanacaq. Həmin qeydiyyatdan keçənlər analiz edildikdən sonra qeydiyyat təkrar açılacaq. Artıq Rusiyada yaşayan 550-yə yaxın şəxs Xarici İşlər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçiblər. Təxliyyə zamanı ilk onlar nəzərə alınacaq. Vətəndaşların sərhəd məntəqəsinə gəlməsinə ehtiyac yoxdur”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər