Karantinin müddəti artırılacaq - İlham Əliyev

16:41 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev karantin rejimindən danışaraq onun uzadılacağını deyib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi videoiclasda bildirib.

İ. Əliyev deyib ki, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır.

Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər