Daha bir gömrük postu tikiləcək - Prezidentdən Sərəncam

11:58 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev "“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Həmçinin, İqtisadiyyat Nazirliyi Azərbaycanın 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.

 

Bütün xəbərlər