Karantinə görə imtahanların vaxtı dəyişdi

14:53 - 4.06.2020


4 iyun, Fineko/abc.az. İyunun 6 və 7-i tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq bu ayın 10 və 11-ə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən ABC.AZ-a  daxil olan məlumata görə, Nazirlər Kabinetinin 04 iyun 191 nömrəli qərarına uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki imtahanların vaxtı dəyişdirilir.

Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər. İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır. “İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər