Bakıda liftlərin yenilənməsi üçün tender elan edilir

15:24 - 4.06.2020


4 iyun, Fineko/abc.az. “Lifttəmir” İB Bakı şəhərində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 2500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 02.07.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15.07.2020 11:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 16.07.2020 12:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Kəmalə Aslanova

Telefon: (994 12)  5946594

 

Bütün xəbərlər