Virus mutasiya edərək COVİD-20-lə də ortaya çıxa bilər - Ramin Bayramlı

19:14 - 18.06.2020


18 iyun, Fineko/abc.az.   Vaksinlə bağlı dünyanın 10-a yaxın mərkəzində ciddi mərhələyə keçiblər.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, 2 mərkəzdə daha ciddi nəticələr əldə olunub: "Lakin bu vaksinlərlə bağlı sınaqlar hələ yekunlaşmayıb. Beynəlxalq mütəxəssislər bildirirlər ki, bu gün vaksin hazır olsa da, 5-6 ay sonra effektiv olmaya bilər. Daha sonra virus mutasiya edərək COVİD-20, COVİD-21, COVİD-22 virusları da ortaya çıxa bilər. O zaman daha ciddi vəziyyətlə qarşılaşa bilərik. Buna görə də insanlar özlərini və ətrafını qorumalı, maskadan istifadə etməli, sosial məsafəni qorumalı, dezinfeksiya tədbirlərinə əməl etməlidirlər. Əksəriyyət vəziyyəti ciddi qəbul edir və qaydalara əməl edir. Lakin hələ də inanmayanlar, asimptimatik yaxud az simptomlarla küçələrdə gəzən virusa yoluxmuş şəxslər var. Onlar bununla ətrafdakı insanları da virusa yoluxdururlar".

Bütün xəbərlər