Abşeronda həbs olunmuş məmurlarla bağlı Açıqlama

10:42 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər