Prezident teatr binasının tikintisinə pul ayırdı – Sərəncam

16:49 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 24-də “Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

 

Bütün xəbərlər