Prezident turizm sektorundan danışdı – Turizm sıfır səviyyəsindədir

10:51 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. "Biz bundan da məhrum olduq" deyə İlham Əliyev bildirib.

 

Bütün xəbərlər