İki quruma 3 milyon 300 min manat ayrıldı - Sərəncam

16:23 - 22.07.2020


22 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb.

Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb.

 

Bütün xəbərlər