330x110
 

AzerGold tender elan edir

23.07.2020,12:20


23 iyul, Fineko/abc.az. “AzerGold” QSC Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində mədən partlatma və Çovdar Filiz Emalı sahəsinə süxur daşıma işlərinin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 31.08.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2020 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 09.09.2020 15:00  tarixində aparılacaq.

Telefon: (994 12) 5050202

Əlaqələndirici şəxs: Aygül Tağıyeva