Koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur – Prezident

14:46 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı müşavirədə bildirib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

 

Bütün xəbərlər