Hikmət Hacıyev: Peyvənd bazara çıxarılanda Azərbaycan bu peyvəndin alınması üçün işlər aparacaq

12:02 - 15.08.2020


15 avqust, Fineko/abc.az.  Beynəlxaq səviyyədə sertifikatlaşdırılmış COVID-19-la əlaqədar vaksin bazara çıxarılacağı təqdirdə dövlət tərəfindən alınacaq və vətəndaşlara çatdırılacaq

ABC.AZ  xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, peyvəndlərin əlçatanlığı səviyyəsində beynəlxalq təsisatlar da mövcuddur: “Azərbaycan da bu təşəbbüslərdə yaxından iştirak edir və prosesləri yaxından izləyir. Dünyada müxtəlif regionlarda müxtəlif dövlətlər tərəfindən peyvəndlə əlaqədar işlər aparılır. Rusiyada aparılan işləri də biz yaxından izləyirik. Beynəlxalq səviyyədə tam səviyyədə təsdiq edilmiş peyvənd bazara çıxarılanda Azərbaycan da bu peyvəndin alınması üçün işlər aparacaq”.

 

Bütün xəbərlər