Daha iki ölkə Belarusdakı seçkilərin nəticələrini tanımayıb

11:47 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.

İrlandiyanın xarici işlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil:

“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.

 

Bütün xəbərlər