Türkiyə bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil - İlham Əliyev

14:48 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ-ın məlumatına görə, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Çavuşoğluna bu səfərin xüsusi önəmindən danışıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır: "Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır.
Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil".

Bütün xəbərlər