Məhdudiyyətlər bağçalara da aitdir – Onlar da bağlanır

14:12 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə koronavirusa yoluxma sayı artdığından bəzi məhdudiyyətlər yenidən tətbiq olunmağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, yeni məhdudiyyətlər bağçalara da aid edilib.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir qeyr edib ki, iki həftəlik tətil bağçalara da aiddir.

"Bu qərar bütün təhsil müəssisələrinə aiddir.  Məktəbəqədər, məktəbdənkənar əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır” - deyə E.Əmrullayev bildirib.

 

Bütün xəbərlər