Düşmən Tərtərdəki pambıq emalı məntəqəsini atəşə tutub – Yanğın baş verib

16:54 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.

ABC.AZ report-a istinadən xəbər verir ki, düşmənin pambıq qəbulu və emalı məntəqəsini atəşə tutması nəticəsində ərazidə yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Bütün xəbərlər