Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı bildirib

10:55 - 12.02.2018


12 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti, Moskva vilayəti ətrafında baş vermiş aviasiya qəzası ilə bağlı Rusiya Federasiyasının prezidentinə başsağlığı məktubu göndərib.

"Hörmətli Vladimir Vladimiroviç,

Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

 

 

Bütün xəbərlər