330x100
 

İşğal altındakı torpaqlarımıza gələn fransalı qruplaşma liderinə cinayət işi açıldı – Foto

04.11.2020,15:54


4 noyabr, Fineko/abc.az. Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in və digərlərinin Azərbaycan ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar Baş Prokurorluqda araşdrılır.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri müəyyən edilib.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib. Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən  cinayət işi başlanılıb.