Türk restoranına hücum edən erməni saxlanıldı – Hakim qarşısına çıxacaq

14:26 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Bildiyinizm kimi bir müddət əvvəl ABŞ-ın Los-Anceles şəhərində bir qrup erməni türk restoranına hücum etmişdi.

ABC.AZ xəbər verir ki, Beverly Hills polis şöbəsi məlumat yayaraq erməni qrupun üzvünün saxlandığını vurğulayıb.

Saxlanılan 22 yaşlı Uilyam Stepanyan Qlendeyl şəhərinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Stepanyan 16 noyabrda hakim qarşısına çıxacaq.

 

Bütün xəbərlər