Əlaqələndirmə Qərərgahı yaradıldı – Sərəncam

16:56 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılır.

 

Bütün xəbərlər