Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanır – Tarix açıqlandı

10:43 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarini qəbul edib.

ABC.AZ Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub.

 

Bütün xəbərlər