İlham Əliyev Ərdoğana başsağlığı verdi

14:09 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

ABC.AZ xəbər verir ki, məktubda İ.Əliyev R.T.Ərdoğanın qardaşı Əhməd Ərdoğanın vəfatı ilə bağlı kədərləndiyini vurğulayıb.

"Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" deyə məktubda qeyd olunub.

 

Bütün xəbərlər