330x110
 

Ermənistanda mitinqlərin miqyası genişlənir – Çadırlar qurulacaq

22.12.2020,10:17


21 dekabr, Fineko/abc.az. Ermənsitanda etiraz aksiyaları hər ötən gün daha da böyüyür.

ABC.AZ-ın məlumatına görə, Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti ümumi tətil və kütləvi etiraz aksiyaları təşkil etmək niyyətindədir.

Belə ki, bu gün saat 15:00-da müxalifətin böyük mitinqi nəzərdə tutulub. Mitinqdə iştirakçılar çadır qurmaq və tələbləri yerinə yetməyənədək meydanı tərk etməyəcəklərini qeyd ediblər.

Ötən gün isə Sünik bölgəsinin bir qrup sakini Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq aksiya keçirmişdi.

Müəllif: Elmir Murad