Ərdoğan İlham Əliyevə zəng edib – Təbrik üçün

14:43 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

R.T.Ərdoğan İ.Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İ. Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Bütün xəbərlər