Koronavirusla Mübarizəyə Dəstək Fondunu barədə Fərman

11:39 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadılıb.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında” Fərmanında əksini tapıb. Fərmana əsasən, Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.

Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər. Əvvəl bu müddət 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Bütün xəbərlər