Prezident sülhməramlıların işindən danışdı

12:34 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 6-da Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirib.

ABC.AZ-ın məlumatına görə, müşavirədə dövlət başçısı bir sıra məqamlara toxunub.

İ.Əliyev bildirib ki, sülhməramlı qüvvələrin funksiyası var.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar. Biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".

 

Bütün xəbərlər