Bakıda qış mövsümü ilə əlaqədar 5000 tondan çox texniki duz vasitəsi alınıb

11:37 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Bakı şəhərinin bütün rayonlarında payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib.

ABC.AZ xəbər verir ki, Mənzil-Kommunal Təsərrüfatı departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan 50-dən çox qış texnikası növbəti il cari təmir edilərək start xəttinə düzülüb.

Əlavə olaraq 5000 tondan çox texniki duz vasitəsi alınıb. 24 saatlıq iş rejimi tətbiq edilib.

Bütün rayonlar üzrə tərəfimizdən təhkimçi-işçi qruplar təmin edilib və mütəmadi olaraq İcra Hakimiyyətində yaradılan 24 saatlıq qərargahla mütəmadi əlaqə saxlayırlar.

 

Bütün xəbərlər