Prezident İlham Əliyev “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi

27.02.2018,16:53


27 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev və xanımı, Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Azərbaycan  Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlət başçısına və xanımına ətraflı məlumat verdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.

Dövlət başçısına və xanımına, ASAN Xidmət Mərkəzlərinin, tikintisi və istismara verilməsi növbəti illərdə nəzərdə tutulan digər layihələri  təqdim olundu.

 

Açar sözlər: ASAN Mingəçevir