Gəncə-Odessa birbaşa aviareysi açılır?

12:01 - 15.04.2021


15 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Ukraynanın infrastruktur naziri Vladislav Krikli Azərbaycanda səfərdə olub.

ABC.AZ-ın məlumatına görə, V.Krikli Gəncə Şəhər İcra Hakimiyyətinin başçışı Niyazi Bayramov Gəncə-Odessa birbaşa aviareyslərin açılması imkanını müzakirə ediblər.

Görüşdə qeyd olunub ki, bu istiqamət nəinki turizmin inkişafına, həm də işgüzar təmasların və tələbə mübadiləsinin möhkəmlənməsinə imkan yaradacaq.

Bundan başqa, həmsöhbətlər perspektivli infrastruktur layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanını müzakirə ediblər.

 

Bütün xəbərlər