Nic qəsəbəsində yeni məktəb tikiləcək - Prezident Sərəncam verdi

11:46 - 17.05.2021


17 may, Fineko/abc.az. Prezident İlham Əliyev "Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan  Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Sənədlə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

 

Bütün xəbərlər