Bakıda abadlıq işlərinə pul ayrıldı - Böyük məbləğ

12:10 - 4.06.2021


4 iyun, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən bir müddət əvvəl elan olunan tenderin qalibi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri  tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Açıq tenderin qalibi “Star Construction-12” Qapalı Səhmdar Cəmiyyəti olub.

Qalib şirkətlə 16 milyon 559,9 min manat dəyərində müqavilə bağlanıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər