330x110
 

Gürcüstanda karantin qaydalarını pozanlara yazılmış cərimələr silindi

08.09.2021,11:24


8 sentyabr, Fineko/abc.az. Panidemiya dövründə tətbiq edilmiş məhdudiyyətlərin pozulması ilə əlaqədar, haqlarında cinayət işi açılmış vətəndaşların əfvi, həmçinin onlara yazılmış cərimələrin ləğv edilməsi barədə bu gün parlament qanun layihəsini müzakirə edib.

ABC.AZ xəbər verir ki, parlament sözügedən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qəbul olunan qərara əsasən, 23 iyun 2021-ci il tarixinə qədər vətəndaşlara yazılan cərimələr silinəcək.

Bununla da qanun layihəsinin qüvvəyə minməsi ilə birlikdə, 245 000 nəfərdən artıq fiziki və 344 hüquqi şəxsin cərimələri ləğv ediləcək.

Ümumilikdə isə silnməsi planlaşdırılan cərimələrin miqdarı 76 milyon lari təşkil edir.

Müəllif: Elmir Murad