MSK Azərbaycanda prezident seçkiləri prosesini qiymətləndirdi

11:12 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçkilərin keçirilməsi prosesini qiymətləndirdi.

MSK-in sədri Məzahir Pənahov bildirib ki, seçkilər sakit, problemsiz keçdi.

“Bütün proseslər qanuna uyğun olaraq aparılmışdır. Heç bir çətinlik və pozuntu qeydə alınmayıb. Təhlükəsizlik təmin edildi, bu əlaqədə heç bir şikayət qeyd olunmadı. Bu da ölkədə seçki mədəniyyətinin göstəricisidir”, - Məzahir Pənahov belə deyib.

 

Bütün xəbərlər