Basqal qəsəbəsində içməli su layihəsinin icrasına başlanılıb

16:19 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. “Azərsu” ASC İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli və tullantı su layihəsinin icrasına başlanyıb. 

ABC.AZ xəbər verir ki, qəsəbənin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix Qoruğu ərazisində yeni içməli su təchizatı sistemləri yaradılır, qəsəbənin kanalizasiya sistemləri müasir şəkildə yenidən qurulur.  

Layihəyə əsaəsn qəsəbəyə verilən suyun dayanıqlığını təmin etmək üçün həcmi 300 kubmetr olan su anbarı da inşa olunur. 
İlkin mərhələdə qəsəbədə 5,7 km uzunluğunda içməli su, 6,7 km kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. 
Qəsəbə ərazisində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 650 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu və  2,1 km uzunluğunda kollektor da inşa ediləcək. 
Birinci mərhələ üzrə işlərin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər