Soçi görüşü məhsuldar keçib - Ərdoğan

29.11.2021,16:39


29 noyabr, Fineko/abc.az İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasındakı görüşün məhsuldar keçdiyini dedi. ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan səfərdən qayıdarkən zaman deyib. Ərdoğan qeyd edib ki, bu görüş sayəsində Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun inşası məsələsi də öz həllini tapıb: “Atılacaq bu addımla İğdıra qədər avtomobil yolunun inşası məsələsi də var. Naxçıvan problemini magistral yolu ilə aradan qaldırmaq, digər tərəfdən də Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdırla əlaqəsinin yaradılması üçün çox uğurlu addım atılmış olacaq. Bundan başqa, istər avtomobil, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq”.