Avtomobillərin mühərrik yağları bahalaşıb - 50 manatlıq yağlar 65 azn oldu

11:35 - 23.05.2022


23 may, Fineko/abc.az. Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir.

ABC.AZ xəbər verir ki, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır.

Yağ satışı ilə məşğul olan Nicat Sultanlı "Xəzər Xəbər"ə bildirib ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.

Sahibkar Əfqan Əsədov hesab edir ki, dünyada neft və neft məhsullarının qiymətində artım müşahidə edilərsə, bahalaşma davam edəcək.

Bütün xəbərlər