Böhran qaçılmazdır və artıq yaxındadır - İlham Əliyev

16.06.2022,11:47


16 İyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Forum öz işinə başlayıb.

ABC.AZ xəbər verir ki, Forumda Prezifent İlham Əliyev çıxış edib.

Dövlət başçısı qeyd edib ki, forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq:

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik. Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.