11:32 - 6.02.2018
6 fevral, Fineko/abc.az. Dünən Pekində İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Çində Azərbaycanın ticarət nümayəndəliyinin açılışı olub.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Çində Azərbaycanın ticarət nümayəndəliyinin açılışı hər iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm hadisədir.
“Ticarət nümayəndəliyinin açılışı “Made in Azerbaijan” brendinin təşviqinə, Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunmasına dəstək olacaq”, - Ş.Mustafayev belə deyib.
Nazir qeyd edib ki, Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir.
2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 43% çoxdur.
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
26 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
25 April 2024
24 April 2024
25 April 2024
24 April 2024
24 April 2024