Pensiyalar yenə artacaq – Nazirdən anons

15:13 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Azərbaycanda pensiayaların artırılacağı gözlənilir.

ABC.AZ-ın məlumatıba görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, növbəti ildə yaşa görə pensiyanın məbləği 370 manat olacaq. "Əlilliyə görə pensiyanın məbləği isə 337 manata çatdırılacaq. Azərbaycanda 27 növ xidmət elektron qaydada fəaliyyət göstərir" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

 

Other news